Hüquq müdafiə təşkilatları 2026-cı ilin may ayı ərzində Güney Azərbaycanda qadınlara qarşı zorakılığın artdığını bildirir.
 




Moderator.az bu haqda "Azad İran" telegram-kanalına istinadla xəbər verir.
 
Verilən məlumatlara görə, struktur ayrı-seçkilik və yaşanan böhranlar səbəbindən qadınlar qeyri-sabitlik dövründə cəmiyyətin ən müdafiəsiz və həssas təbəqəsinə çevrilirlər.
 
Hesabatda qeyd olunan hadisələr:
 
• Əsma Zarei (28 yaş, Parsabad-Muğan): Həbs olunduğu zaman hamilə olub, övladını həbsxanada dünyaya gətirdikdən sonra edam edilib.
 
• Əfsanə Zəndabad (19 yaş, Təbriz):  Barəsində çıxarılan ölüm hökmü icra olunub.
 
• Leyla Maqsudi (Şut): Ögey qardaşı tərəfindən balta ilə qətlə yetirilib.
 
• Cana Səduyi (19 yaş, Xoy): Həyat yoldaşı tərəfindən öldürülüb.
 
• Fatimə Babaxani (41 yaş, Təbriz): Boşanmaq istədiyini bildirdikdən sonra həyat yoldaşı tərəfindən avtomobillə vurularaq qətlə yetirilib.
 
S.Laçın