Avropanın əsas qaz ticarət mərkəzlərindən biri olan Niderlanddakı TTF-də noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 043 dollara yaxınlaşıb.


Moderator.az xəbər verir ki, bu barədə "ICE Futures" birjasının məlumatlarında qeyd olunub.






Bakı vaxtı ilə saat 15:20-yə olan məlumata görə, qazın qiyməti 1 042.9 dollara çatıb. Bu, əvvəlki ticarət gününün hesablaşma qiyməti ilə müqayisədə 2.1% çoxdur.


Səhər saatlarında isə kotirovkalar 1 000 kubmetr üçün 1 027.6 dollar səviyyəsində olub. Bu, 0.6% artım deməkdir.


Müqayisə üçün qeyd edək ki, qazın qiymətində tarixi rekord 2022-ci ilin yazının əvvəlində qeydə alınıb. Həmin vaxt qiymət 1 000 kubmetr üçün 3 892 dollara qədər yüksəlib.