Balaxanıda ağır qəza: Avtomobildə sıxılı qalan sürücü xilas olundu - VİDEO
08 Sep 2026, 13:12 29 baxış 2 dəq oxuma
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Moderator.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota Aqua" markalı minik avtomobilinin idarəetmədən çıxaraq beton pilləyə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Baxşəliyev Əmrah Zaur oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.