"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ilk qol vuurlub.


Moderator.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaq komanda hesabda irəli çıxıb - 1:0.






10-cu dəqiqədə Seru Qirassi fərqlənib.



"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.


Moderator.az-ın məlumatına görə, matç Bakı Olimpiya Stadionunda keçirilir.


Qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.



19:40


UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq "Sabah" " və "Borussiya Dortmund" komandalarının start heyətləri açıqlanıb.


Moderator.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.


"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.


"Borussiya": Qreqor Kobel (q), Valdemar Anton, Niko Şlotterbek (k), Rami Bensebayni, Feliks Nmeça, Seru Qirassi, Karni Çukvuemeka, Fabio Silva, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson.


Qeyd edək ki, "Sabah" - "Borussiya" görüşü bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.