Kanada ilə Türkiyə müdafiə və energetika da daxil olmaqla, dörd sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair birgə bəyannamə imzalamaq niyyətindədir.


Moderator.az xəbər verir ki, bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb.






Məlumata görə, sənədin bu həftə Kanadanın Baş naziri Mark Karninin Türkiyəyə səfəri zamanı imzalanması planlaşdırılır.


Bəyannamənin iqtisadi əməkdaşlığı, azad ticarət haqqında danışıqların irəlilədilməsini, eləcə də sosial və diplomatik əlaqələrin möhkəmləndirilməsini də əhatə edəcəyi gözlənilir. Mənbənin sözlərinə görə, tərəflər fəaliyyət planlarının hazırlanması üçün dörd istiqamətin hər biri üzrə komitələr yaratmağı planlaşdırırlar.


Karni Türkiyəyə rəsmi səfər edən ilk Kanada Baş naziri olacaq. Cümə axşamı Ankarada o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.