Türkiyə Futbol Federasiyası (TFF) "Trabzonspor" klubunun prezidenti Ertuğrul Doğanın mərc oyunlarında iştirakına görə 45 gün müddətinə futbol fəaliyyətindən kənarlaşdırıldığını açıqlayıb.


Moderator.az xəbər verir ki, bu barədə TFF-nin Peşəkar Futbol İntizam Komitəsinin yaydığı rəsmi bəyanatda bildirilib.






Məlumata görə, İntizam Komitəsinə göndərilən şəxslərdən 10-u "Trabzonspor", biri isə "Beşiktaş" klubunun nümayəndəsidir və onlar cəzalandırılıblar. "Qalatasaray" və "Fənərbağça" klublarından İntizam Komitəsinə göndərilən şəxslərdən isə heç biri cəza almayıb.