Nyu-Meksiko məhkəməsi "Meta Corporation" şirkətinin milyonlarla "Facebook" istifadəçisinin məlumatlarının onların razılığı olmadan əldə edilməsi ilə bağlı prosesə yekun vurub.
Moderator.az xəbər verir ki, məhkəmə şirkətin 25 milyard dollar ödəməsi barədə qərar qəbul edib.
Hakim Francis Matthew hökmdən sonra verdiyi qərarda yazıb: "Uzun illərdir törədilən və sistematik şəkildə ictimaiyyətin diqqətinə çatdırılan "Facebook"un qanunsuz əməlləri şirkətin biznes fəaliyyətinin əsasını təşkil edib".
Avqustun əvvəlində Nyu-Meksiko məhkəməsi "Meta" şirkətini platformalarından istifadə edən yetkinlik yaşına çatmayanların ruhi sağlamlığına zərər vurması iddiası üzrə 567 milyon dollar cərimə etmişdi.