PHP proqramlaşdırma dilində aşkarlanan kritik təhlükəsizlik boşluqları milyonlarla veb-saytı kiberhücum riski ilə üz-üzə qoyub.


Moderator.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, zəifliklərdən istifadə edən hakerlər müəyyən şərtlər daxilində serverlərdə zərərli kod işlədə bilərlər.






Məlumata görə, Finlandiya və Niderlandda bəzi dövlət və ictimai xidmətlərin onlayn resursları ehtiyat tədbirləri çərçivəsində müvəqqəti dayandırılıb. “Cloudflare” şirkəti də boşluqlardan istifadə etməyə yönələn hücum cəhdlərinin qeydə alındığını bildirib.


Oktyabrın 21-də PHP-nin 8.2, 8.3, 8.4 və 8.5 versiyaları üçün təhlükəsizlik yeniləmələri yayımlanıb. Mütəxəssislər sayt administratorlarına proqram təminatını dərhal yeniləməyi tövsiyə edirlər.