UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin III turu çərçivəsində Fransanın "Lill" komandası evdə Türkiyənin "Qalatasaray klubunu qəbul edib.


Moderator.az xəbər verir ki, Vilnöv-d'Askda keçirilən matç qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 2:4.






Yunus Akgün matçın ilk dəqiqəsində hesabı açaraq "Qalatasaray"ı hesabda önə çıxarıb. 8-ci dəqiqədə hücumçu Soriba Diaun hesaba bərabərlik gətirib.


39-cu dəqiqədə Soriba Diaun dubl edərək meydan sahiblərini önə keçirib. 44-cü dəqiqədə Roland Şallainin ötürməsindən sonra Aleksey Batrakov başla dəqiq zərbə vuraraq hesabı bərabərləşdirib.


52-ci dəqiqədə "Qalatasaray"ın yarımmüdafiəçisi Lukas Torreyra komandasını yenidən irəli çıxarıb. 61-ci dəqiqədə Viktor Osimhen İstanbul təmsilçisinin dördüncü qoluna imza ataraq matçda son nöqtəni qoyub - 2:4.


Bu qələbə sayəsində "Qalatasaray" Çempionlar Liqasının ümumi mərhələsində ilk 3 xalını qazanıb. "Lill" isə hələ də xalsız qalmaqda davam edir.