İordaniyanın Əl-Karak əyalətində yerləşən kilsələrin birində vida mərasimi keçirilərkən naməlum silahlı şəxslər tərəfindən atəş açılıb.


Moderator.az "Al Mamlaka" telekanalına istinadən xəbər verir ki, insident nəticəsində yeddi nəfər həyatını itirib.






Məlumata əsasən, atışma məhz yas mərasiminin gedişatında qeydə alınıb. Ölənlərlə yanaşı, yaralananların da olduğu bildirilir.


Hüquq-mühafizə orqanları hadisəni törədən şübhəli şəxslərin axtarışını həyata keçirir. Atəş açan şəxslərin kimliyi hələlik məlum deyil.


Eyni zamanda, cinayətin motivləri və kilsədəki mərasimin nəyə görə hədəf seçildiyi də aydınlaşdırılmayıb. Xəsarət alanların durumu barədə məlumatlar verilməyib.