Fransa daxili işlər naziri Loran Nunyes Paris yaxınlığındakı İvelin departamentində baş verən atışma insidentini terror aktı adlandırıb.


Moderator.az xəbər verir ki, bu barədə Fransa mediası xəbər verir.






Onun sözlərinə görə, atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.


Nunyes həmçinin qeyd edib ki, atəş açanın motivləri hələ bilinmir, lakin onlar irqçi xarakter daşıya bilər.


Medianın məlumatına görə, yaralılar arasında 12 yaşlı qız da var.


39 yaşlı saxlanılan şəxsin mənzilində axtarış zamanı çoxlu sayda qaz balonları aşkar edilib.