Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin Livana hücumlarını pisləyib.


Moderator.az xəbər verir ki, bu, Türkiyə XİN-in bəyanatında qeyd olunub.






"Təxminən bir milyon insanın didərgin düşməsinə səbəb olan hücumları şiddətlə qınayırıq" , - məlumatda bildirilib və əlavə edilib ki, bu hücumlar beynəlxalq humanitar hüququ pozur.


Türkiyə XİN-in bəyanatında vurğulanıb ki, İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatların Livanda təkrarlanmasına imkan verilməməlidir:


"İsrailin Livanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən hücumları fonunda Livan xalqı və dövləti ilə həmrəylik içində olmağa davam edəcəyik".