İrandan İsrailə doğru növbəti hücumlar həyata keçirilir.


Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.






"İrandan İsrail ərazisinə doğru raketlər atılır. SAXAL-ın müdafiə sistemləri raketlərin zərərsizləşdirilməsi üzərində işləyir", - deyə qurumdan bildirilib.


Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və bölgədəki ABŞ bazalarına qarşı "Əsl vəd - 4" əməliyyatının 48-ci mərhələsinin həyata keçirildiyini bəyan edib.