İsrailin baş naziri Binyamin Netanyahu yoxa çıxması ilə bağlı şayiələri təkzib edib.


Moderator.az "Unikal"a istinadla xəbər verir ki, o, israildə qəhvəxanadan bir video paylaşıb. Netanyahu bir əlində 6 barmağı olması iddialarını yalanlamaq üçün əllərini də göstərib. 






Qeyd edək ki, Netanyahunun İrana qarşı hərbi əməliyyatlardan bəri ictimaiyyət arasına çıxmadığı, hətta çıxışlarının süni intellektlə hazırlandığı iddia olunurdu. Onun bir əlində 6 barmağının olması da səsləndirilən iddialar arasında idi.