Azərbaycanın Türkiyədəki səfirliyi müvəqqəti konsulluq xidməti göstərməyəcək - SƏBƏB
16 Mar 2026, 14:23 4 baxış 1 dəq oxuma
Azərbaycanın Türkiyədəki səfirliyi on gün konsulluq xidməti göstərməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 30-dək bağlı olacaq. Buna səbəb Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri olmasıdır.