Ağdam sakini öz sevincini Baku TV ilə bölüşüb:
"Təəssüratlarım çox gözəldir. 30 ilə yaxın bir müddətdən sonra ilk dəfədir ki, Ağdamda belə bir bayram qarşılayırıq. Bu, bizim üçün böyük qürurdur".
Digər bir sakin isə bu günün onlar üçün əvəzolunmaz olduğunu vurğulayıb: "Bu günlərə şükürlər olsun. Bundan gözəl günümüz ola bilməz. Ən qürurlu anlarımızı yaşayırıq. Biz İlaxır çərşənbəni artıq öz doğma Ağdamımızda qeyd edirik".