Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.
"Dəqiq kəşfiyyat məlumatları əsasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Həmədandakı Sənəndəc hava limanında SEPAH-a məxsus "Mi-17" helikopterini aşkar edərək vurub", - deyə SAXAL-dan bildirilib.
Mətbuat xidməti, həmçinin bildirib ki, İsrail SEPAH-ın Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini zəiflətməyə və İranın qərbində hava üstünlüyünü genişləndirməyə davam edir.