Kolumbiyanın Putumayo əyalətində göyərtəsində 100-dən çox hərbçinin olduğu "Hercules C-130" tipli hərbi təyyarə qəzaya uğrayıb.


Moderator.az "Caracol" radiosuna istinadən verdiyi məlumata görə, hadisə təyyarə Puerto-Legisamo bələdiyyəsindəki bazadan havaya qalxarkən baş verib.






Kolumbiyanın müdafiə naziri Pedro Sançes qeyd edib ki, hazırda hadisə yerində hərbi xilasetmə qrupları və ekspertlər işləyirlər:


"Hələlik ölənlərin dəqiq sayı və qəzanın səbəbləri barədə rəsmi məlumat vermək mümkün deyil".