İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkofa gizli şəkildə məlumat verib ki, Ali Rəhbər Müctəba Xamenei ABŞ-la potensial razılaşma barədə danışıqları təsdiqləyib.


Moderator.az xəbər verir ki, bu barədə İsrail nəşri “Ynet” məlumat yayıb.








Məlumatlara görə, yeni Ali Rəhbər İranın şərtləri qəbul ediləcəyi təqdirdə müharibəni sona çatdırmağa razıdır.