Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır.


Moderator.az “RTHK”-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə telefon danışığında deyib.








O bildirib ki, Hörmüz boğazı hamı üçün açıqdır və gəmilər təhlükəsiz şəkildə keçə bilər, lakin İranla müharibə vəziyyətində olan ölkələr bu məsələdə nəzərə alınmır.


Van İ isə bütün tərəfləri sülh üçün hər bir imkandan və fürsətdən istifadə etməyə və mümkün qədər tez sülh danışıqlarına başlamağa çağırıb.


O əlavə edib ki, gərginliyə səbəb olan məsələlər güc tətbiqi ilə yox, dialoq və danışıqlar yolu ilə həll olunmalıdır.