SEPAH-ın Kəşfiyyat Təşkilatı İsraili sığınacaqları hədəfə almaqla hədələyib.


Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.








SEPAH-dan bildirilib ki, İsrailin İranın yaşayış obyektlərinə hücumları, buna cavab olaraq İsraildəki sığınacaqları hədəfə almaq üçün legitim bir “icazədir”.


“Sığınacaqların mühəndislik xəritəsi və dəqiq yerləri bizim ixtiyarımızdadır”,- qeyd olunub.


SEPAH israilliləri sığınacaqlardan uzaq durmağa çağırıb.