Türkiyənin Elazığ vilayətində 4.3 maqnitudalı zəlzələ qeydə alınıb.
 




Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
Bildirilib ki, yerli vaxtla 10:37 (Bakı vaxtı 11:37) radələrində baş verən yeraltı təkanın ocağı 11.33 km dərinlikdə olub.
 
Dağıntı və tələfat barədə məlumat verilməyib.