Türkiyədə məhkumların daşındığı avtomobil qəza edib.


Moderator.az xəbər verir ki, məhkumların daşındığı dörd avtomobil hərəkətdə olarkən zəncirvari qəza törədib.








Hadisə nəticəsində 11 nəfər xəsarət alıb.


Yaralılardan 6 nəfərin kanvoy əməkdaşı, 5 nəfərin isə məhkum olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.