Birləşmiş Ərəb Əmirliklərinin Hava Hücumundan Müdafiə sistemləri sutka ərzində 6 ballistik raket və 9 pilotsuz uçuş aparatını ələ keçirib.


Moderator.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin məlumatında deyilir.






"BƏƏ HHM sistemləri martın 27-də İrandan buraxılmış 6 ballistik raket və 9 pilotsuz uçuş aparatını ələ keçirib", - məlumatda qeyd olunub.


Ötən sutka ərzində Birləşmiş Ərəb Əmirliklərinin HHM sistemləri 15 ballistik raket və 11 PUA-nı ələ keçirib.


Məlumata görə, Yaxın Şərqdə münaqişənin gərginləşməsinin əvvəlindən (28 fevral) BƏƏ HHM sistemləri 378 ballistik raket, 15 qanadlı raket və 1 835 PUA-nı ələ keçirib.