Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Pasxa bayramı günlərində barışığa hazır olduğunu bildirib.


Moderator.az-ın "RBC-Ukrayna" nəşrinə istinadən xəbərinə görə, Zelenski bu barədə jurnalistlərə müsahibəsində məlumat verib.






"Bilirsiniz ki, biz dövlətin ləyaqətini və müstəqilliyini itirmədən müharibəyə son qoymaq üçün istənilən formatı dəstəkləyirdik", - deyə o bildirib.


"Amma sözsüz ki, biz istənilən kompromisə hazırıq. Dediyim kimi, ləyaqətimiz və suverenliyimizlə bağlı kompromislər istisna olmaqla", - deyə Volodimir Zelenski qeyd edib.