İsrailin Baş naziri Benyamin Netanyahu orduya Livanın cənubundakı mövcud təhlükəsizlik bufer zonasını genişləndirməyi tapşırıb.


Moderator.az xəbər verir ki, Netanyahu bu barədə Şimal Komandanlığına video müraciətində ​​bildirib.






“Mən indicə mövcud təhlükəsizlik bufer zonasını daha da genişləndirmək əmrini verdim. Biz şimaldakı vəziyyəti kökündən dəyişdirməyə qərarlıyıq”, - baş nazir deyib.

O bildirib ki, bu qərar ölkənin şimal sərhədi boyunca davam edən gərginlik fonunda İsrailin təhlükəsizlik mövqeyini gücləndirməyə yönəlib.