Qazaxıstanın Almatı vilayətində dəmir yolu keçidində sərnişin avtobusu qatarla toqquşub.


Moderator.az Modern.az-a istinadla xəbər verir ki, avtobus keçiddə kömür stansiyasından hərəkət edən qatara çırpılıb.






Hadisə zamanı xəsarət alan 6 nəfər tibb müəssisəsinə çatdırılıb.


Hadisə ilə bağlı araşdırma aparılır.