İran İslam İnqilabı Korpusu (SEPAH) "Gerçək vəd – 4" əməliyyatının 93-cü dalğasını həyata keçirib.


Moderator.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.






Bildirilib ki, İsrailin dörd şəhəri atəşə tutulub.


"Hərbçilərin toplanış və döyüşə dəstək mərkəzləri hədəfə alınıb", - məlumatda qeyd olunub.


SEPAH "Gerçək vəd – 4" əməliyyatının 93-cü dalğasının raket və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirildiyini açıqlayıb.


"İsrailə hava zərbələri davam edəcək", - məlumatda bildirilib.