Türkiyənin Van bölgəsində 5.2 bal gücündə zəlzələ baş verib
 




Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
Məlumata görə, yerli vaxtla saat 08:52-də baş verən zəlzələnin episentri Tuşba rayonu olub. Təkanlar yerin yeddi kilometr dərinliyində qeydə alınıb.