ABŞ-nin İranda vurulan F-35 qırıcı təyyarəsinin pilotunun xilaetmə əməliyyatı uğursuz olub.


Moderator.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahına istinadən "Fars" Xəbər Agentliyi məlumat yayıb.






"Düşmənin vurulmuş qırıcı təyyarəsinin pilotunu xilas etmək üçün etdiyi cəhdlərin qarşısı alınıb", - məlumatda bildirilib.


Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran Ordusu ABŞ-nin xilasetmə əməliyyatlarına mane olub:


"Düşmənin İsfahanın cənubundakı hava vasitələri, o cümlədən iki "Black Hawk" helikopteri və bir C130 hərbi nəqliyyat təyyarəsi hədəfə alınaraq vurulub".