Moskva Ali Ümumqoşun Komandanlıq Məktəbində yanğın baş verib.


Moderator.az xəbər verir ki, paytaxtın Qolovaçeva küçəsində yerləşən binanın dam örtüyü yanıb.








100-ə yaxın insanın binadan təxliyə edildiyi bildirilib.


Yanğın təxminən 60 kvadrat metr sahəni əhatə edib.


Yanğın söndürənlər və təcili yardım xidmətləri hadisə yerində işləyir.