Rusiyada, Dağıstanın paytaxtı Mahaçqala şəhərində iki çoxmənzilli bina çöküb.


Moderator.az rg.ru-ya istinadən xəbər verir ki, bu barədə şəhər rəhbəri Cambulat Salavov məlumat verib.






O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.


Binalardan təxminən 300 sakin təxliyə olunub və müvəqqəti yerləşdirmə məntəqələrinə yerləşdirilib. Salavov bildirib ki, aprelin 6-da binalar mütəxəssislər tərəfindən yoxlanılacaq. Təhlükəsiz olduğu halda sakinlərə mənzillərinə daxil olub zəruri əşyalarını götürməyə icazə veriləcək.


 


(oxu.az)