NASA rəhbəri Cared Ayzekman bildirib ki, kainatda Yerdənkənar həyatın izlərinin tapılması ehtimalı kifayət qədər yüksəkdir.


Bu barədə Ayzekman CNN telekanalına müsahibəsində danışıb.






O qeyd edib ki, insanlığın kainatda tək olmadığını göstərən sübutların gələcəkdə aşkarlanması real görünür.


Bununla yanaşı, o vurğulayıb ki, indiyədək Yerə yadplanetli həyat formalarının gəldiyini təsdiqləyən heç bir dəlil mövcud deyil.