İran atəşkəs üçün yalvarırdı.


Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.








Onun sözlərinə görə, hərbi əməliyyatlar döyüş meydanında tarixi bir zəfər idi.


“İran ordusunu məhv etdik”, - nazir qeyd edib.


Heqset vurğulayıb ki, 40 gündən az müddətdə Mərkəzi Komandanlıq - ABŞ hərbi potensialının 10 faizdən aşağı hissəsindən istifadə edərək dünyanın ən böyük ordularından birini məhv edib:


“Bütün məqsədlərə çatdıq. İranın donanması dənizin dibindədir, Hərbi Hava Qüvvələri, Havadan Müdafiə sistemləri, raket proqramı, raket qurğuları, istehsal müəssisələri məhv edilib”.