"Betonlar dağılıb, yalnız dəmirlər qalıb. Mənim gözlərim zəif görür, düşərkən az qala yıxılırdım", - sakinlərdən biri Baku TV-yə bildirib.
"Bunu sovet hökuməti tikib. Təxminən 1975-ci ildən belə vəziyyətdədir", - başqa bir sakin qeyd edib.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, Biləcəri stansiyasında yerüstü piyada keçidinin yenilənməsi məqsədilə layihələndirmə işləri artıq aparılıb. Müvafiq vəsait ayrıldıqdan sonra tikinti işlərinə başlanılacaq.