“Sərçələr ən çox insan məskənlərində yaşayırlar. Sərçələrə paytaxtda demək olar ki, rast gəlinmir. Yem bazası olan bitkilərin az olması onların yaşamına ciddi təsir edib. Sərçələrin Abşeronda, xüsusilə Bakı şəhərində qeyb olmasının bir səbəbi var. Əvvəllər qarğa dediyimiz quşlar Bakı mühitində, Bakı hüdudunda çox az sayda idi. Onlar əsasən yemlənmək üçün Bakı ətrafındaki zibilliklərdə tullantılarla qidalanırdılar. Belə ərazilərdə qidalanmaq üçün toplanırdılar. Şəhərin içərisində az rast gəlinirdi. Amma indi o yerlər ləğv olunub deyə qarğa quşlarına yalnız şəhər hüdudunda rast gəlinir. Bu da sərçələr üçün bir təhlükədir. Qarğa çox olan yerdə sərçələr olmur. Bir növ qarğaların şəhərin içərisində var olması, sayca artması sərçələri şəhərin içərisindən kənara sıxışdırıb çıxarıb”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov deyib. O daha sonra əlavə edib: