Vəkillər kollegiyasının üzvü olan tanınmış hüquqşünasa dövlət qurumunda vəzifə verilib.
 




Moderator.az xəbər verir ki, Çingiz Məmmədzadə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq şöbəsinin müdiri təyin edilib.
 
O bu təyinata qədər Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində Hüquq və İctimaiyyətlə əlaqələr departamentinin müdiri işləyib. /Manset.az/