Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəf 175 hərbçini geri qaytardı
11 Apr 2026, 17:32 4 baxış 1 dəq oxuma
Rusiya və Ukrayna arasında "175/175" formatında əsir mübadiləsi baş tutub.
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Aprelin 11-də Ukrayna tərəfindən 175 rus hərbçisi geri qaytarılıb. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin 175 hərbi əsiri qarşı tərəfə təhvil verilib. Həmçinin Ukrayna tərəfindən saxlanılan yeddi Rusiya vətəndaşı - Kursk vilayətinin sakinləri geri qaytarılıb, onlar evlərinə çatdırılacaqlar", - deyə xəbərdə bildirilib.
Nazirlikdən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri rusiyalı hərbçilərin Ukraynadan geri qaytarılmasında vasitəçi qismində çıxış edib.