ABŞ və İran İslamabadda sülh razılaşması imzalamadan uzun danışıqları başa vurublar.
 




Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
 
Danışıqlar təxminən 21 saat davam edib və bir neçə raund və formatda keçirilib, lakin tərəflər əsas fikir ayrılıqlarını aradan qaldıra bilməyiblər. Bu barədə görüşlərdən sonra ABŞ-ın vitse-prezidenti J.D. Vens bildirib.