“Bir müddət əvvəl kinostudiyanın “yiyəsi” yox idi. Ora uzun illərdir yiyəsiz qaldı. Kino Agentliyində tez-tez rəhbər dəyişiklikləri baş verirdi. Nazirlərin biri gəlirdi, biri gedirdi. Bütün bu proseslər bir-biri ilə zəncirvari bağlı idi. Ona görə də kim nə istəyirdi edirdi. Bütün bunlar da kinomuzun inkişafını ləngidən əsas səbəblərdəndir”.
 




Bunu Moderator.az-a açıqlamasında kinoşünas, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə deyib.
 
O daha sonra əlavə edib:

“Allaha şükürlər olsun ki, bu gün istər Kino Agentliyində, istərsə də nazirlikdə rəhbər şəxslər kinonu sevən, kino işçilərinə hörmət edən şəxslərdir. Mən həmişə deyirdim ki, kinoda olan qurumlara kənardan adam gəlməlidir. Çünki gözümlə görürdüm ki, özümüzün içindən olan kino işçiləri Azərbaycan kinosunu necə dağıtdılar. Müstəqillik qazandığımız illərdə mən bunun şahidi oldum. Satanı satdılar, satmayanı da tulladılar. Rəşad Əzizov yeganə adamdır ki, vəzifəyə gələn kimi məni yanına çağırdı. O birilər məni unutmuşdular. Elə bilirdilər ki, mən ölmüşəm. Onlara izah edə bilmirdim ki, mən lazımlı adamam. Mən də digərləri kimi gedib bağda oturub, damino oynayıb deyərdim ki, “əşşi cəhənnəm olsun hər şey”. Heç bağımda yoxdur (gülür). Mən gecə-gündüz işləyirəm, ay zalım balaları! Bir üzünüzü döndərin də bu tərəfə. Mən ölən günümə qədər kinonun qulluğundayam”.
 
Aydın Kazımzadə bir müddət əvvəl Kino Agentliyindən qalmaqallı şəkildə ayrılan Rüfət Həsənovdan da danışıb:
 
“Kino sahəsində vəzifədə olan şəxslər kinonu sevən adamlar olmalıdır. Rüfət Həsənovu gətirib Kino Agentliyinin direktoru qoymuşdular. O da gələn kimi öz xalasıoğlunu götürüb qoydu vəzifəyə. Çünki nazirlikdə də ona səlahiyyət vermişdilər. O da gəlib yapışdı xanımlardan. Çünki arvadbazın biri idi. Mən o şəxsə görə nazirə məktub yazdım. Mən nazirə məktub yazıb bildirdim ki, o iş üçün bura gəlməyib, arvad seçməyə gəlib”.