“Özbəkistan və Qazaxıstanın təhsil menecerlərindən fərqli olaraq, bizim menecerlər bu 25 ildə  distant təhsilin əhəmiyyətini dərk edə bilmədilər.
 




“Əslində hər iki ölkənin qarşısında eyni böyük problem dayanır:   “Universiteti diplom verən müəssisədən bilik, texnologiya və insan kapitalı yaradan quruma çevirmək…”
 
“Gördüyümüz kimi, bizim ali təhsil sistemi Özbəkistan ali təhsilindən xeyli geridədir. Bu əməkdaşlıqların faydası olacaqmı? Düşünürəm ki, yox…”
 
“Beləcə, zaman və maliyyə itirərək, iş görüntüsü və PR yaradaraq, universitetlərimiz tənəzzülə gedir…”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Azərbaycan və Özbəkistanın ali təhsil sistemləri: fərqli məqamlar...” başlıqlı növbəti elmi analitik məqaləsinin 2-ci hissəsini dəyərli oxucuların müzakirəsinə buraxır:
 
Azərbaycan Özbəkistandan nə öyrənə bilər?..

(Əvvəli burada:)
 
Bu məsələdə 7 istiqamət qeyd edə bilərik.
 
1. Xarici universitetlərin sistemli şəkildə cəlb edilməsi.
 
Sadəcə filial yox,  birgə  university + birgə proqram +birgə tədqiqat  mərkəzi  modeli yaradaraq.

2. Kütləvi distant ali təhsil sistemi yaratmaq.
 
Bu sahədə biz qlobal inkişafdan 25 il, Özbəkistandan 15 il geridəyik. Özbəkistan və Qazaxıstanın təhsil menecerlərindən fərqli olaraq, bizim menecerlər bu 25 ildə  distant təhsilin əhəmiyyətini dərk edə bilmədilər.
 
Azərbaycan üçün "Azərbaycan Distant Universiteti"  və ya "Milli rəqəmsal universitet platforması" yaratmaq çox vacibdir.
 
3. Xarici professorların sistemli cəlbi.
 
“Qonaq professor” tədbirləri yox, 300–500 beynəlxalq professor proqramı lazımdır.
 
4. Universitetlər üzrə differensiallaşma.

Bütün universitetlər eyni olmamalıdır. Məsələn,  5–7 tədqiqat universiteti, 10–15 tətbiqi universitet, regional universitetlər, peşə və texnologiya universitetləri, rəqəmsal universitet  kimi fərqli missiyalar müəyyənləşdirilə bilər.
 
5.Beynəlxalq akkreditasiyanın sürətləndirilməsi.
 
Özbəkistanda 2025-ci ildə 11 universitetdə 40 akademik proqram beynəlxalq akkreditasiyadan keçib. 
 
6. Xarici universitetlərin tədris modelinin transferi.
 
Sadəcə diplom yox  "kurikulum + professor + idarəetmə + laboratoriya + keyfiyyət təminatı" sistemi olmalıdır.
 
7. Universitet–əmək bazarı əlaqəsi.
 
Universitetin əsas KPI-larından biri  məzunun 6 və 12 ay sonra məşğulluğu  olmalıdır.
 
Əslində hər iki ölkənin qarşısında eyni böyük problem dayanır:   “Universiteti diplom verən müəssisədən bilik, texnologiya və insan kapitalı yaradan quruma çevirmək.”
 
Sİ dövründə bu məsələ daha da kəskinləşir. Çünki artıq məlumat universitetin əsas üstünlüyü deyil, mühəndislik bilikləri təkcə universitetdə deyil,  standart mühazirə  artıq AI tərəfindən əvəzlənə bilər.
 
Universitetin əsas üstünlüyü getdikcə "tədqiqat + yaradıcılıq + insan kapitalı + sosial şəbəkə + laboratoriya + innovasiya ekosistemi"  olacaq.

Gördüyümüz kimi, bizim ali təhsil sistemi Özbəkistan ali təhsilindən xeyli geridədir. Bu əməkdaşlıqların faydası olacaqmı? Düşünürəm ki, yox. Keçən il də Qazaxıstanla "əməkdaşlıq" edirdik. Nə faydası oldu ki?  Əvvəllər də Türkiyə universutetləri ilə belə əlaqələr olub. 
 
Beləcə, zaman və maliyyə itirərək, iş görüntüsü və PR yaradaraq, universitetlərimiz tənəzzülə gedir.
 
Müəllif: 
Dosent İlham Əhmədov