ABŞ Polşadakı hərbi bazalarda infrastrukturun inkişafı üçün 500 milyon dollar ayıracaq.


Moderator.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik "X"-də yazıb.






Tomçik qeyd edib: "Amerika Birləşmiş Ştatları hökuməti Polşadakı dörd baza - Drawsko Pomorskie, Powidz, Vrotslav və Lask üçün 500 milyon dollardan çox investisiya planını təsdiqləyib".


Polşa hakimiyyəti 2035-ci ilə qədər ölkədəki Amerika hərbi obyektlərinə hər il 250 milyon dollar xərcləməyi öhdəsinə götürüb.


Hazırda Polşada 10 mindən çox Amerika əsgəri yerləşdirilib.