"ABŞ Venesuelaya və onun lideri, Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyatı uğurla həyata keçirib. Maduro həyat yoldaşı Silia Flores ilə birlikdə ələ keçirilib və ölkədən çıxarılıb".


Moderator.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial media hesabında məlumat verib.






"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. Təfərrüatlar sonradan açıqlanacaq. Bu gün yerli vaxtla 11:00-da (Bakı vaxtı ilə 20:00-da red.) Mar-a-Laqoda mətbuat konfransı baş tutacaq. Diqqətinizə görə təşəkkür edirəm! Prezident Donald Tramp", - deyə Tramp bildirib.



 


(Oxu.az)