ABŞ-nin Karakasa endirdiyi zərbələrdən sonra Venesuela Prezidenti Nikolas Maduronun harada olduğu məlum deyil.


Moderator.az-ın xəbərinə görə, bu barədə "The New York Times" (NYT) nəşri mənbələrə istinadən məlumat verib.






Məlumata görə, onun ətrafındakıların bəziləri təhlükəsiz yerdədir.


Qeyd edək ki, yanvarın 3-də Vaşinqton Karakasa hücum edib. ABŞ mülki və hərbi hədəflərə zərbə endirib. Ölkədə fövqəladə vəziyyət elan edilib.