Ermənistan‑Gürcüstan sərhədində 5 kilometrlik tıxac yaranıb.


Moderator.az bu barədə "Sputnik Armenia"ya istinadən xəbər verir.






Bildirilib ki, tıxac beynəlxalq əhəmiyyətli "C‑7" magistralında - Sadaxlı yaşayış məntəqəsindən başlayır. Nəqliyyat vasitələrinin sərhədi keçmə müddətinin 3 saata çatdığı qeyd olunub.


Tıxacın əsas səbəbi kimi Yeni il bayramı ilə bağlı Gürcüstana gedən vətəndaşların kütləvi şəkildə Ermənistana geri dönməsi göstərilir.