Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonla danışıb.


Moderator.az xəbər verir ki, bu barədə Türkiyə lideri Nazirlər Kabinetinin toplantısından sonra bildirib.






Ərdoğan Trampa Venesuelada qeyri-sabitliyin qəbuledilməz olduğunu vurğulayıb:


"Trampla telefon danışığında ölkəmizin həssas məsələləri ilə bağlı mövqeyimizi çatdırdıq. Venesuelanın qeyri-sabitliyə sürüklənməməli olduğunu vurğuladıq".