İranın ali lideri ayətullah Əli Xamenei bildirib ki, xarici qüvvələrin İranda islam inqilabından əvvəl mövcud olan şəraiti bərpa etmək cəhdləri uğursuz nəticələnib.


Moderator.az İran KİV-nə istinadən xəbər verir ki, o bu barədə 1979-cu il islam inqilabının 47-ci ildönümü münasibətilə televiziya müraciətində deyib.






"Xarici qüvvələr daim İranda islam inqilabından əvvəl mövcud olan şəraiti bərpa etməyə çalışıblar, lakin buna nail ola bilməyiblər", - Xamenei qeyd edib.


O həmçinin bildirib ki, hər il ölkədə inqilabın ildönümündə - fevralın 11-də ümumxalq yürüşləri keçirilir, onları "dünyada görünməmiş" və "milli dayanaqlılığın aydın təzahürü" adlandırıb.