Tailandın cənubundakı Tranq vilayətində avtobusun aşması nəticəsində 40-dan çox insan xəsarət alıb.


Hadisə gecə saatlarında baş verib.






Avtobus Phuket - Betonq marşrutu üzrə hərəkət edirdi. Nəqliyyat vasitəsində ümumilikdə 52 nəfər olub, 10-dan çox sərnişin ağır xəsarətlər alıb.


Ehtimala görə, qəza sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Polis fakt üzrə araşdırmalara başlayıb.