Mozambikdə "Gezani" siklonu nəticəsində azı dörd nəfər həlak olub.


Moderator.az bu barədə RFI radiostansiyasına istinadən xəbər verir.






Mozambik meteoroloqlarının məlumatına görə, küləyin sürəti saatda 215 km-ə çatıb və İnyambane əyalətində əhəmiyyətli dağıntılara səbəb olub.


Regionun 130 mindən çox sakini işıqsız qalıb. Bir çox yaşayış evi, məktəb və tibb müəssisəsi dağılıb.


(oxu.az)