İranın Zahidan bölgəsində Sərəvan-Kəlpurqan yolunda yaşanan yol qəzasında 4 nəfər ölüb, 21 nəfər xəsarət alıb.


Moderator.az İran mediasına istinadən xəbər verir ki, Əfqanıstan vətəndaşlarını daşıyan iki nəqliyyat vasitəsi toqquşub.








Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.


Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.